Kennetlə Avropa nəhəngləri yaxından maraqlanır

"Herta Berlin"in gənc futbolçusu Kennet Eyxhorn Avropa nəhənglərinin transfer radarına düşüb.

Sportline.az xəbər verir ki, "Real Madrid", "Barselona", "Bavariya" və "Paris Sen-Jermen" 16 yaşlı oyunçunu transfer etmək istəyən klubların siyahısında yer alır.

Kennetin dəyəri "Transfermarkt" portalına görə, 6 milyon avrodur.

Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm 11 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.