"Kəpəz" "Bakı"ya gücünü göstərdi
Yeni mövsümünə hazırlıqları davam etdirən “Kəpəz” Bakıdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
SportLine.az xəbər verir ki, Şahin Diniyevin komandası həvəskarlar liqasında mübarizə aparan “Bakı” ilə üz-üzə gəlib. Oyun Gəncə təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.
Qeyd edək ki, "Kəpəz" növbəti yoxlama matçını “Neftçi”yə qarşı keçirəcək. Oyun iyulun 11-nə nəzərdə tutulub.