"Kəpəz" - "Daçiya" görüşünün vaxtı dəyişdirildi

Azərbaycan təmsilçisi "Kəpəz"in Moldova "Daçiya"sı ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun vaxtı dəyişdirilib. SportLine.az klub saytına istinadən xəbər verir ki, bu barədə UEFA-dan "Daçiya"ya məktub gəlib. 

Məktubda matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, iyunun 30-da deyil, iyunun 28-də təşkil olunacağı göstərilib. "Dalğa Arena"dakı görüş saat 20:00-da başlanacaq.

Qeyd edək ki, cavab görüşü iyulun 7-də Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək.