"Kəpəz" məşqlərə başladı
Topaz Premyer Liqasının 6-cı turunda “Səbail”lə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlıqlarına start verib.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ”a qarşı son çempionat matçından sonra bərpaedici prosedurdan (sauna, baseyn, masaj) keçən komanda üzvləri bir gün istirahət edib. “Sarı-göylər” dünəndən məşqləri bərpa ediblər. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir.
“Kəpəz”in bu günə olan məşqi saat 17:00-da başlayıb.