“Nəticədən razı qalmadım” - “Sumqayıt”ın baş məşqçisi

Misli Premyer Liqasının III turu çərçivəsində doğma meydanda "Qarabağ"ı qəbul edən "Sumqayıt" 0:1 hesablı məğlubiyyətlə üzləşib.

Sportline.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido jurnalistlərin suallarını cavablandırıb:

"Təbii ki, nəticədən razı qalmadım. Qırmızı vərəqə epizoduna qədər qarşılıqlı hücumlar şəraitində oyun gedirdi. Futbolçuların keyfiyyətinə görə epizodlar yaranırdı. İkinci hissədə nələrisə dəyişmək istəyirdik. Epizodlarımız da oldu. Lakin qola çevirə bilmədik. İlk gəldiyim vaxtdan etibarən oyunda dəyişiklik hiss edirəm. Zamanla çatışmayan cəhətləri də aradan qaldıracağıq".

- Baş məşqçinin görmək istədiyi "Sumqayıt"ı hansı vaxtdan sonra görə biləcəyik?

- Əvvəlcədən nəsə demək düzgün olmaz. Əminəm ki, elə bir komanda quracağıq ki, hər bir komanda ilə mübarizə aparmaq gücdə olacağıq.

- Komandanın heyətində problem olduğu görsənir. Masaki Muratanın heyətdə olmaması ilə bağlı nə deyə bilərsiniz?

- Masaki Murata bizimlə birgə məşq edir. Amma heyətdə yoxdur. Transfer pəncərəsi açıqdır. Heyətdə dəyişikliklər olacaq. Tam hazır olduqdan sonra bu barədə nəsə demək olar. 

- Rəhbərlik baş məşqçinin qarşısına hansı məqsədi qoyub?

- Bir məşqçi kimi hər bir oyunu udmaq istəyirəm.Lakin rəhbərliklə bağlı danışığımız olanda ötən mövsümlərə baxanda, daha yaxşı oyun sərgiləmək məqsədini deyə bilərəm.