"Kəpəz" - "Neftçi" matçının vaxtı dəyişdirildi

Bakıda təlim-məşq toplanışı keçən "Kəpəz"in yoxlama oyunlarının vaxtı dəyişib.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iyulun 8-i həvəskarlar liqasında çıxış edən "Bakı"ya qarşı keçiriləcək matçda saat 17:00-da yox, 18:00-da  başlayacaq.

"Neftçi" ilə cavab görüşünə isə iyulun 11-i saat 18:00-da start veriləcək.

Qeyd edək ki, bundan əvvəl "Neftçi" ilə matçın iyulun 12-i keçiriləcəyi açıqlanmışdı.

Banner