Gəncədə qalib müəyyənləşmədi

Bu gün Topaz Premyer Liqasında XI tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Turun açılış matçı Gəncədə olacaq. "Kəpəz" doğma meydanda "Sumqayıt"la üz-üzə gələcək.

Avroliqaya vəsiqə uğrunda mübarizə aparan Şahin Diniyevin komandası qələbə qazanacağı təqdirdə "Zirə"yə çatacaq. "Kimyaçılar" isə 3 xal hesabına "Kəpəz"i arxada qoyacaqlar.


05 noyabr 2016
TPL, 11-ci tur

“Kəpəz”  - “Sumqayıt” - 0:0

I dövrədəki oyun: 1:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu

“Kəpəz”: 88. Tadas Simaitis, 15. Azad Kərimov, 23. Tural Nərimanov, 21. Novruz Məmmədov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 19. Orxan Əliyev, 77. Serjinyo, 9. Tural Qürbətov, 90. Julien Ebah

Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 80. Tural Rzayev, 17. Nicat Qurbanov, 16. Emin Zamanov, 75. Yusif Cəfərov, 99. Əli Səmədov, 14. Fərid Məmmədov

Baş məşqçi: Şahin Diniyev

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 66. Afşin Esmaeilzadeh , 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 11. İbrahim Abednezhad, 74. Yusif Nəbiyev, 42. Kamran Abdullazadə

Baş məşqçi: Samir Abasov

Standings provided by Sofascore LiveScore

Banner