"Kəpəz" vidalaşır

"Kəpəz" klubu heyətlə bağlı  islahatlara başlayıb. SportLine.az  Fanat.aza istinadən xəbər verir ki,  artıq 4 futbolçu komandanı tərk edib.

Bunlardan biri legionerdi. Belə ki, "Kəpəz" əcnəbilərdən Aleksandr Sitniklə yollarını ayırıb. Ukraynalı futbolçu Gəncə klubunun heyətində 18 oyun keçirib (860 dəqiqə) və 2 qol vurub.

Yerlilərdən isə Rəşad Eyyubov, Murad Ağakiiiyev və Xəzər Qəribov komandanı tər edib. Rəşad "Kəpəz"in heyətində 14 (1217 dəqiqə, 1 qol), Murad 4 (26 dəqiqə) oyun keçiribsə, Xəzər əsas komandada debüt etməyib.

Banner