"Kəpəz"də daha 5 yeni futbolçu

Qarşıdakı mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə yeni futbolçular qatıb. SportLine.az klubun saytına istinadən xəbər verir ki, Gəncə klubu 5 oyunçu ilə güclənib. Belə ki, “Rəvan”dan Novruz Məmmədov, “Xəzər Lənkəran”dan Vüqar Bəybalayev ilə Tural Qürbətov, “Zirə”dən Nicat Qurbanov və “Ağsu”dan Davud Kərimi Nizami yurdunun təmsilçisinə keçib. Sonuncu 2014/2015 mövsümündə "Kəpəz" birinci divizonda çıxış edərkən ilk dövrədə heyətdə olub.

Adı çəkilən bütün futbolçularla bir illik müqavilə imzalanıb.

“Kəpəz” PFK-nın əsas komandasını tərk edən futbolçuların da adına aydınlıq gəlib. Gəncə klubundan 1-i legioner olmaqla 6 oyunçu ayrılıb. Siyahını nəzərinizə çatdırırıq:

Namiq Ələsgərov, Tərlan Quliyev (hər ikisinin icarə müddəti bitib), Elvin Cəbrayıllı, Xəzər Qəribov, Bəxtiyar Soltanov, Junior Osvaldo (hamısının müqaviləsi başa çatıb)

“Kəpəz” PFK komandanı tərk edən bütün futbolçulara ötən mövsüm göstərdiyi oyuna görə minnətdarlıq edib, onlara karyerasının gələcək hissəsində uğurlar arzulayır.

Bu arada isə baş məşqçi Şahin Diniyevin təqdimatına əsasən 11 oyunçu ilə müqavilə müddəti artılıb. Onlardan 2-si əcnəbi, digərləri yerlilərdir. Bütün futbolçularla yeni bir illik anlaşma imzalanıb. Müqaviləsi uzadılanlar aşağıdakılardır:

Eyyub Əliyev, Tadas Simaitis, Tural Axundov, Tural Nərimanov, Azad Kərimov, Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov, Kərim Diniyev, Tural Rzayev, Julien Ebah.

“Qarabağ”dan icarə əsasında 2015/2016 mövsümündə “sarı-göylər”in heyətində çıxış etmiş Şəhriyar Əliyevin icarə müddəti daha bir illiyinə uzadılıb.

Qeyd edək ki, bu futbolçulardan əlavə hələ ötən mövsümün gedişində Dario Frederiko ilə müqavilə yenilənmişdi.

Banner