"Kəpəz"dən son xəbərlər

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Moldovanın “Daçiya” komandası ilə qarşılaşacaq “Kəpəz” hazırlığı Bakıda davam etdirəcək. SportLine.az xəbər verir ki, Gəncə futbolçuları sabah “Bakı” ilə yoxlama matçında qüvvələrini sınayacaqlar. Bu arada “Kəpəz” – “Daçiya” görüşü üçün biletlərin qiyməti açıqlanıb. Fanatlar sevimli komandalarını dəstəkləmək üçün adi biletlərə 1 manat, VİP biletlərə isə 5 manat xərcləməli olacaqlar. Xatırladaq ki, “Kəpəz” – “Daçiya” oyunu iyunun 28-də saat 20-00-da “Dalğa” arenada başlanacaq.

Banner