"Kəpəz"in oyunçusu milli komandaya dəvət edildi

“Kəpəz”in müdafiəçisi Azad Kərimov 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına dəvət olunub. SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı oyunçu martın 6-dan Bakıda başlanacaq təlim-məşq toplanışına qatılacaq. 

4 gün davam edəcək toplanış IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, İslamiada 12 – 22 may tarixləri arasında Bakıda təşkil olunacaq.

Banner