Kerem Aktürkoğlu: “Bütün xəyəllarımı gerçəkləşdirirəm”

“Benfika”nın türkiyəli futbolçusu Kerem Aktürkoğlu “Rio Ave” matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportline.az xəbər verir ki, 26 yaşlı futbolçu “Benfika”da xoşbıxt olduğunu söyləyib.

“Bütün xəyallarımı gerçəkləşdirirəm. “Benfika”da çıxış etdiyim üçün çox xoşbəxtəm. Addım-addım yüksəlişə keçirəm. Qollar vurub komandama qələbələr qazandırmaq istəyirəm. Bu stadionu sevirəm. “Benfika” yaxşı azarkeşə malik klubdur”, - deyə K.Aktürkoğlu bildirib.

Kerem “Benfika”nın “Rio Ave”yi 5:1 məğlub etdiyi matçda het-trikə imza atıb.

Qeyd edək ki, Kerem Aktürkoğlu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 8 matçda 8 qol və 2 asistlə yadda qalıb.