Kerem Aktürkoğlu rəsmən "Fənərbağça"da
"Fənərbağça" klubu milli futbolçu Kerem Aktürkoğlunun transferi ilə bağlı "Benfika" ilə prinsipial razılığa gəldiyini rəsmi olaraq açıqlayıb.
Sportline.az xəbər verir ki, sarı-göylü klubun sosial media hesabında yayımlanan açıqlamada bildirilib;
“Klubumuz milli futbolçu Kerem Aktürkoğlunun transferi ilə bağlı "Benfika" ilə prinsipial razılığa gəlib. Futbolçu ilə transfer danışıqlarını irəli aparmaq və tibbi müayinədən keçmək məqsədilə İstanbul şəhərinə dəvət olunub.”
Portuqaliya təmsilçisi "Benfika" da daha öncə yaydığı açıqlamada, Kerem Aktürkoğlunun 22,5 milyon avro qarşılığında "Fənərbağça"ya transferi üçün razılıq əldə edildiyini bildirmişdi.