Kerkez "Liverpul"a keçə bilər
"Bormunt"un macarıstanlı müdafiəçisi Miloş Kerkez "Liverpul" transfer hədəfinə çevrilib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Saşa Tavolieri öz şəxsi "X" hesabında paylaşım edib.
Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 35 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Kerkez cari mövsüm çıxış etdiyi 31 matçda 2 qol və 5 asistlə yadda qalıb.