"Keşlə" artıq Soçidədir

“Keşlə” Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyanın “Soçi” komandası ilə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, ilk oyun iyulun 22-də Soçi şəhərində keçiriləcək.

Bu gün səfərə çıxan Azərbaycan təmsilçisi artıq Soçi şəhərindədir.

“Radisson Blu Resort & Congress Center” otelində məskunlaşan “Keşlə” bu gün axşam məşq etməyi planlaşdırır.