"Keşlə"nin oyununa azarkeş buraxılmayacaq

Rusiyanın "Soçi" komandası ilə "Keşlə" arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu azarkeşsiz keçiriləcək.

Sportline.az xəbər verir ki, bu barədə Soçi təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qərar ölkədə koronavirusa yoluxma hallarının artması ilə bağlı qəbul olunub. Bilet alan azarkeşlərin pulu geri qaytarılacaq.

Qeyd edək ki, bu gün "Fişt" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.