Kevin Rodriges yenidən Super Liqada

Portuqaliyalı futbolçu Kevin Rodriges yenidən Türkiyə Super Liqasında oynayacaq.

Sportline.az xəbər verir ki, sol cinah oyunçusu "Kasımpaşa" ilə müqavilə bağlayıb.

Bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

Qeyd edək ki, Rodriges bundan əvvəl "Adana Demirspor"un formasını geyinib.

O, sözügedən komanda ilə meydana çıxdığı 52 oyunda 2 qol və 6 asist müəllifi olub.