Keyn qərarını verdi

"Bavariya"nın ingiltərəli forvardı Harri Keyn karyerası ilə bağlı qərar verib.

Sportline.az "Mirror Football" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Münhen klubundan ayrılmaq niyyətində deyil.

Keynin "Bavariya" ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, təcrübəli hücumçunun transfer qiyməti 68 milyon avrodur.