Kieza İstanbul nəhənginin hədəfindədir

“Liverpul”un italiyalı futbolçusu Federiko Kieza karyerasını Türkiyədə davam etdirə bilər.

Sportline.az “Takvim” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” Kiezanı satınolma opsiyonu ilə 1 illik icarəyə götürmək istəyir.

Kyeza “Liverpul”dan ayrılmağa müsbət baxır.

Qeyd edək ki, "Liverpul" Kiezanı mövsümün əvvəlində "Yuventus"dan transfer etmişdi.