Polşalılardan Kilian Mbappeyə maraqlı hədiyyə

Fransa millisinin lideri Kilian Mbappe üçün daha bir qoruyucu maskası hazırlanıb.

Sportline.az xəbər verir ki, bu təşəbbüsü Polşanın "Cabiomede" firması həyata keçirib.

Maska məşhur "Tısbağa nindza" formasında ərsəyə gətirilib.

Bu haqda "Weszlo" məlumat yayıb.

Mənbənin bidirdiyinə görə, sözügedən maska Polşa mimllisi ilə oyunqabağı super forvarda təqdim olunacaq. 

Xatırladaq ki, Kilian Mbappe qrup mərhələsinin Avstriya seçməsi ilə oyununda rəqiblə toqquşarkən burnunu sındırmışdı.