Kimmix "Bavariya"da qalacaq
"Bavariya" almaniyalı futbolçusu Coşua Kimmixlə bağlı qərar verib.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Münhen klubu Kimmixlə yola davam edəcək.
30 yaşlı yarımmüdafiəçi "Bavariya" ilə yeni 4 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Kimmixin hazır ki müqaviləsi mövsümün sonunda başa çatacaq.
O bu mövsüm çıxış etdiyi 37 matçda 1 qol və 10 asistlə yadda qalıb.