Kiran Trippier "Qalatasaray"a transfer ola bilər

"Nyukasl"ın ingiltərəli futbolçusu Kiran Trippier karyerasını "Qalatasaray"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "ESPN" nəşri məlumat yayıb.

İngiltərə klubu Trippier üçün 8 milyon avro tələb edir.

Qeyd edək ki, "Qalatasaray" 11 fevrala qədər bu transferi reallaşdırmaq niyyətindədir.