Klopp: “Ramos heç vaxt sevdiyim futbolçu olmayacaq”
“Liverpul”un sabiq baş məşqçisi Yürgen Klopp maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, Klopp canlı yayım zamanı Toni Kroos ilə söhbət edərkən bu fikirləri səsləndirib;
“Serxio Ramos heç vaxt sevdiyim futbolçu olmayacaq. Çempionlar liqasının finalında Salahı zədələdi. Buna görə onu heç vaxt bağışlamaram. Amma nəysə bu artıq yaşanıb getdi”, - deyə Y.Kloop bildirib.
Qeyd edək ki, Yürgen Kloop hazırda “Red Bull” şirkətinin rəhbər şəxslərindən biri sayılır.