Klopp sabiq komandasına qarşı, "Atletik" və "Sevilya" üz-üzə

Bu gün UEFA Avropa Liqasında 1/4 finalın ilk oyunları keçiriləcək.

SportLine.az xəbər verir ki, gecənin mərkəzi oyunu Dortmundda olacaq. "Siqnal İduna Park"da "Borussiya" "Liverpul"u qəbul edəcək. Matç Yurgen Kloppun sabiq komandasına qarşı ilk oyunu kimi də əlamətdardır. 

İspan duelində Bilbao "Atletik"i "Sevilya" ilə qarşılaşacaq. Yarışın son qalibi cütün favoriti hesab olunsa da, "basklar"ın "əndəlüslər"ə asan təslim olmayacağı dəqiqdir. 

07 aprel 2016
Avropa Liqası, 1/4 final

23:05. "Atletik" (Bilbao, İspaniya) - "Sevilya" (İspaniya)

23:05. "Braqa" (Portuqaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:05. "Borussiya" (Dortmund, Almaniya) - "Liverpul" (İngiltərə)

23:05. "Vilyareal" (İspaniya) - "Sparta" (Çexiya)