Klub prezidentində koronavirus aşkarlandı

İtaliyanın "Novara" klubunun sahibi Mauritsio Rulloda koronavirus aşkarlanıb.

 
Sportline.az xəbər verir ki, işlə əlaqədar Almaniyaya səfər edən Rullo koronavirusa tutulub.
 
Bu barədə məlumatı "Novara" klubunun mətbuat xidməti təsdiqləyib.
 
Funksioner Lombardiyadakı xəstəxanalardan birinə yerləşdirilib.
 
Klub daxilində bütün profilaktik tədbirlərin görüldüyü və lazımi testlərin həyata keçirildiyi bildirilir.