Kobi Meyno qərar verdi
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobi Meyno karyerası ilə bağlı qərar verdi.
Sportline.az xəbər verir ki, ingiltərəli futbolçu yanvar ayında klubdan ayrılmaq istəyir.
Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, K.Meyno ilə "Napoli" klubu yaxından maraqlanır.
O, cari mövsüm meydana çıxdığı 12 matçda 1 asistlə yadda qalıb.