"Kocaelispor" heyətini türkiyə futbolçu ilə gücləndirib
Türkiyə 1-ci liqa klublarından "Kocaelispor" təcrübəli futbolçu Caner Osmanpaşanı heyətinə qatıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 36 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Caner ötən mövsüm çıxış etdiyi "Sivasspor"da 29 oyunda 3 qol imza atıb.
Qeyd edək ki, türkiyəli müdafiəçi daha əvvəl "Trabzonspor", "Akhisarspor" və "Denizlispor" kimi klubların uğurları üçün çalışıb.