"Kocaelispor" heyətini xorvatiyalı oyunçu ilə gücləndirib
Türkiyə 1-ci liqa klublarından "Kocaelispor" "Sivasspor"dan ayrılan Mico Çaktaşı heyətinə cəlb edib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Ötən mövsümün qış transfer pəncərəsində "Sivasspor"a transfer olunan Çaktaş komadası ilə çıxdığı 13 oyunda 1 qola imza atıb.
Qeyd edək ki, 1 dəfə Xorvatiya millisinin formasını geyinən futbolçu daha əvvəl "Osiyek", "Rubin Kazan" və "Damak" klublarında çıxış edib.