Kolo Muani karyerasını "Dumanlı Albion"da davam etdirə bilər
"Yuventus"da icarə əsasınd çıxış edən fransalı futbolçusu Randal Kolo Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Aston Villa", "Çelsi", "Liverpul", "Nyukasl Yunayted" və "Tottenhem" Kolo Muanini transfer etmək istəyən klubların siyahısında yer alır.
26 yaşlı hücumçu müqavilə əsasında Fransanın "Paris Sen-Jermen" klubuna məxsusdur.
Qeyd edək ki, Kolo Muani bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 7 qol və 3 məhsuldar ötürmə müəllifi olub.