Kolo Muani London klubuna keçə bilər
Ötən mövsümü "Yuventus"da icarə əsasında keçirən fransalı forvard Randal Kolo Muani karyerasını "Tottenhem"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, London klubu K.Muani üçün "Paris Sen-Jermen"lə danışıqlara başlayıb.
Bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
Qeyd edək ki, 26 yaşlı oyunçunun dəyəri 30 milyon avrodur.