Koman "Bavariya"nı tərk edir
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" Almaniyanın nəhəng klubu "Bayern"in fransalı futbolçusu Kinqsli Komanı transfer etməyə hazırlaşır.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu "Əl-Nəsr" ilə müqavilə şərtlərində razılıq əldə edib.
Komanın 2028-ci ilə qədər klubla müqavilə imzalayacağı və illik 20-25 milyon avro arasında maaş alacağı bildirilir.