Komandamız Avropa çempionatı üçün Bolqarıstana yollandı
Azərbaycan 2024-cü ildə Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (International Ski Mountaineering Federation-ISMF) Plenar Assambleyasına və xizək alpinizmi üzrə beynəlxalq yarışına ev sahibliyi edəcək.
Sportline.az xəbər verir ki, bununla bağlı qərar oktyabrın 14-də baş tutan Beynəlxalq Xizək Alpnizmi Federasiyasının (International Ski Mountaineering Federation-ISMF) Plenar Assambleyasında qəbul edilib.
Assambleyada təqdimatla çıxış edən Azərbaycan Qış İdmanı Növləri Federasiyanın Baş katibi Günel Bədəlova gələn il Plenar Assambleyanın və xizək alpinizmi üzrə ISMF beynəlxalq seriya yarışının Azərbaycanda keçirilməsi ilə bağlı təkliflə çıxış edib.
Səsvermə nəticəsində hər iki tədbirin 2024-cü ildə Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib və yarış ISMF yarış cədvəlinə əlavə edilib.