Komandamız Gürcüstan klubu ilə üz-üzə gələcək

Təlim-məşq toplanışının 2-ci mərhələsini Gürcüstanda keçirəcək "Sabah"ın rəqiblərindən biri müəyyənləşib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi "Samqurali" komandası ilə qarşılaşacaq. Bu barədə Gürcüstan klubunun mətbuat xidməti məlumat yayıb. Görüş iyulun 23-də keçirləcək.

"Samurqali" ötən mövsümün sonunda yüksək liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, Gürcüstanda 2 həftəlik toplanışda olacaq "Sabah"ın 4 yoxlama matçı planlaşdırılıb.