Komandamız yoxlama oyununda qələbə qazandı

Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi yoldaşlıq oyunu keçirib. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, Rostovu təmsil edən OİK-2 komandası ilə qarşılaşan millimiz 3:1 hesablı qələbə qazanıb. Futbolçularımızdan Xaqani Sadıxov dubl edib. Bir qolun müəllifi isə Samir Qurbanov olub.

Banner