“Komo” ingiltərəli futbolçunun xidmətində maraqlıdır
“Koma”nun baş məşqçisi Sesk Fabreqas ingiltərəli futbolçu Ceydon Sançonun transferini rəhbərliktən tələb edib.
Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı sol cinah vingerinin transfer qiyməti 20 milyon avrodur.
Sözügedən oyunçu hazırda “Aston Villa”da icarə əsasında çıxış edir.
Qeyd edək ki, Sanço müqavilə əsasında “Mançester Yunayted”ə məxsusdur.