Konate "Real"a gəlir

"Liverpul"un fransalı stopperi İbrahima Konate klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, sözügedən futbolçu "Real Madrid"ə transfer olmaq istəyir.

Bu haqda "Marca" nəşri məlumat yayıb.

Qeyd edək ki, İ.Konatenin Mersisayd təmsilçisi ilə sözləşməsi yayda başa çatacaq.