Konatenin qəlbi "Real Madrid"lə döyünür
"Liverpul"un fransalı stopperi İbrahima Konate "Real Madrid"ə transfer olmaq üçün can atır.
Sportline.az xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi Mersisayd klubu ilə yeni müqavilə imzalamaq niyyətində deyil.
Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
Qeyd edək ki, Konatenin hazır ki dəyəri "Transfermarkt" portalına görə, 60 milyon avrodur.