Almaniya və Çili yarımfinalda
Bu gün FİFA Konfederasiyalar Kubokunda qrup mərhələsinə yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə bütün yarımfinalçıların adına aydınlıq gələcək.
İlk iki turdan sonra aktivində 4 xalı olan Almaniya və Çilini son turda bərabərlik qane edəcək. Kamerun və Avstraliya isə yalnız qələbə barəsində düşünür.
25 iyun 2017
Konfederasiyalar Kuboku
"B" qrupu, 3-cü tur
Almaniya – Kamerun - 3:1
QOLLAR: Demirbay, 48 (1:0); Verner, 66 (2:0); Abubakar, 78 (2:1); Verner, 81 (3:1)
Çili – Avstraliya - 1:1
QOLLAR: Troysi, 42 (0:1); Rodrigez, 67 (1:1)
Standings provided by Sofascore LiveScore