Konfederasiyalar Kubokunun ən gözəl qolu

Bir neçə gün əvvəl yekunlaşan Konfederasiyalar Kubokunun ən gözəl qolu müəyyənləşib. SportLine.az xəbər verir ki, FİFA-nın azarkeşlər arasında apardığı onlayn səsvermədə Meksika seçməsinin üzvü Marko Fabianonun qolu birinci olub. 27 yaşlı yarımmüdafiəçinin yarımfinalda Almaniyaya vurduğu qol azarkeşlər arasında keçirilən sorğuda 55 faiz səs toplayıb.