Konseysao İngiltərə nəhənginin hədəfindədir

“Yuventus”un portuqaliyalı sağ cinah vingeri Fransisko Konseysao “Liverpul”un maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, mersisaydlılar yayda klubdan ayrılacaq Salahın yerini, Konseysao ilə doldurmağı planlaşdırır.

Bu haqda “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

23 yaşlı oyunçu “Liverpul”da çıxış etməyə həvəslidir. Lakin son qərarı “Yuventus” verəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvünün dəyəri 30 milyon avrodur.