Konte "Milan"a keçir?

"Çelsi"nin baş məşqçisi Antonio Konte iş yerini dəyişə bilər. SportLine.az "Daily Express"ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis vətəninə qayıtmaq niyyətindədir. Onun "Milan"la danışıqlara başladığı bildirilir.

Mütəxəssisin mövsümün sonunda İngiltərədən ayrılacağı gözlənilir.