Bir gözü kor futbolçu "Fənərbaxça"ya qarşı oynadı
Türkiyə kubokunun 5-ci turu çərçivəsində keçirilən "Fənərbaxça" - "Tuzlaspor" matçında maraqlı hadisə yaşanıb. SportLine.az "Hürriyet"ə istinadən xəbər verir ki, bir gözü görməyən Əmrə Azim adlı futbolçu meydana buraxılıb. 18 yaşlı futbolçu qarşılaşmaya əlavə edilən 2-ci dəqiqədə Səfa Durmuşun əvəzinə oyuna çıxıb.
Qeyd edək ki, 2011-ci ildən "ağ-qırmızı" formanı geyinən Əmrə Azim oyundan bir gün əvvəl klubla peşəkar müqaviləyə imza atıb.