Koronavirusun Premyer Liqaya vurduğu ziyan

İngiltərə Premyer Liqasında 2019/2020 mövsümü vaxtından əvvəl tamamlanacağı təqdirdə, çempionatın hansı itkilərə məruz qalacağı açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə Premyer Liqanın baş direktoru Riçard Masters “Sky Sports”a danışıb. O, bildirib ki, mövsüm başa çatmasa, 1 milyard funt sterlinq itirəcəklər. 

Qeyd edək ki, İtaliyanın “Udineze” klubunun idman direktoru Pyerpaolo Marino İngiltərə Premyer Liqası rəhbərliyinin mövsümü vaxtından əvvəl tamamlamağa hazırlaşdığını açıqlayıb. Çempionatın bərpası koronavirusa görə qeyri-müəyyən müddətədək təxirə salınıb.