Kris Vud "Nottingem"də qalacaq

"Nottingem" yeni zellandiyalı futbolçusu Kris Vudla yola davam edəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Kris Vud "Nottingem"lə 2 illik yeni müqavilə imzalayıb.

33 yaşlı forvard cari mövsüm çıxış etdiyi 23 matçda 14 qol və 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Kris Vud karyerası ərzində "Vayikato", "Vest Bromviç", "Barnsliy", "Birmingem", "Bristol Siti", Milvol", "Lester Siti", İpsviç Taun", Lits Yunayted" və "Nyukasl" kimi klublarda çıxış edib.

Banner