Kriştiano Ronaldo qayıtdı

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo tətili başa vuraraq Turin klubunun düşərgəsinə qayıdıb.

Sportline.az "Tuttosport"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu tezliklə testlərdən keçəcək və məşqlərə başlayacaq.

Ronalonun gələcəyi ilə bağlı baş məşqçi Massimiliano Alleqri və menecerləri ilə danışıq aparacağı bildirilib.

Qeyd edək ki, Ronaldonun "Yuventus"la 2022-ci ilin yayına qədər müqaviləsi var.