“Kristal Pelas” “Liverpul”u böyük hesabla məğlub etdi

İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Kristal Pelas" "Liverpul" üzərində 3:0 hesablı qələbə qazanıb.

Sportline.az xəbər verir ki, qarşılaşma "Enfild"də baş tutub.

Qolları İsmayıla Sarr (40 və 45-ci dəqiqə) və Yeremi Pino (87) vurub. Müdafiəçi Amara Nallonun 79-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra "Liverpul" on nəfərlə görüşü davam etdirib. 

Ötən mövsüm "Liverpul" İngiltərə Liqa Kubokunun finalına yüksəlib və burada "Kristal Pelas"a uduzub (1:2).

Günün digər matçlarında "Arsenal" evdə "Brayton"u 2:0, "Mançester Siti" səfərdə "Suonsi"ni 3:1, "Çelsi" isə səfərdə "Vulverhempton"u 4:3 hesabı ilə məğlub edib.