Kroos: “Real Madrid”i sevirəm”
“Real Madrid”in almaniyalı sabiq futbolçusu Toni Kroos maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az “Marca” qəzetinə istinadən xəbər verir ki, T.Kroos jurnalistlərə müsahibə verən zaman “Real Madrid”i hər zaman ən böyük klub olduğunu dilə gətirib.
“Real Madrid” çox sevirəm. O klub mənim hərşeyimdir. 10 ildə 23 kubok qazandım. Ən önəmlisi 5 Çempionlar Liqası kuboku və 4 dəfə də La Liqanın qalibi oldum. “Real Madrid” tarixin ən böyük klubudur. Bernabeudaki son matçımı həyatım boyu unutmayacam. Onu sonsuza qədər qəlbimdə saxlayacam”, - deyə Kroos bildirib.
Qeyd edək ki, Toni Kroos “Real Madrid”də çıxış etdiyi 465 matçda 28 qol və 99 asistlə yadda qalıb.