Kroos və Modriçin davamçısı kim olacaq?
"Real Madrid"in rəhbərliyi Kroos və Modriçin ayrılmasından sonra kluba yeni yarımmüdafiəçi transfer etməyib.
Sportline.az xəbər verir ki, rəhbərlik yayda ulduz yarımmüdafiəçi transfer etməyi planlaşdırır.
"Marca" nəşrinin yaydığı məlumata görə, əsas hədəf Dominik Sobozlayidir.
Qeyd edək ki, 25 yaşlı oyunçunun transfer qiyməti 90 milyon avrodur.
Onun "Liverpul"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
