"Kruzeyro" "Vest Hem"dən 100 milyon avro tələb edir

"Vest Hem Yunayted"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "Kruzeyro"nun brazilyalı futbolçusu Kaio Jorge London klubunun diqqət mərkəzindədir.

Brazilya klubu 23 yaşlı forvard üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, K.Jorge bu mövsüm meydana çıxdığı 46 matçda 26 qol, 9 asistlə yadda qalıb.