Kseniya Pavlenko: "Pley-offa lider kimi çıxmağa çalışacağıq"

"Növbəti oyunlara da yaxşı hazırlaşacağıq ki, pley-offa lider kimi çıxaq".

Sportline.az xəbər verir ki, bunu “Milli Aviasiya Akademiyası” klubunun hücumçusu Kseniya Pavlenko Yüksək Liqanın XIII turunda "Abşeron"la matçdan sonra Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

Voleybolçu pley-offa lider kimi çıxmağa çalışacaqlarını deyib:

“Bu oyun bizim üçün çox vacib idi. “Abşeron”u 3:0 hesabı ilə məğlub etdik. Komandamızı, məşqçilər heyətini bu qələbə münasibətilə təbrik edirəm. Məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik. Qarşıdakı oyunlar da mühüm oyunlardır. Bu qarşılaşmalara da yaxşı hazırlaşacağıq ki, pley-offa lider kimi çıxaq. Komandama uğurlar arzulayıram”.

Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” hazırda 30 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.